Makron İsveçrə səfərini ləğv etdi
Makronun qərarı İsveçrənin ordunun ehtiyacları üçün F-35 qırıcılarını (ABŞ) seçməsi ilə əlaqədardır.

Fransa Prezidenti Emmanuel Makron İsveçrənin fransız qırıcılarını almaqdan imtina etməsi səbəbindən bu ölkəyə planlaşdırılan səfərini ləğv edib.
Qazet.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Makronun rəsmi səfəri noyabr ayına planlaşdırılırdı və bu görüşə altı aydır hazırlıq görülürdü. Səfər zamanı Osveçrə Prezidenti ilə görüş də baş tutacaqdı.
Fransa lideri 2022-ci ilin yayına qədər İsveçrə ilə bütün yüksək səviyyəli ikitərəfli təmasları da qadağan edib.
Makronun qərarı İsveçrənin ordunun ehtiyacları üçün F-35 qırıcılarını (ABŞ) seçməsi ilə əlaqədardır.
Qeyd edək ki, Avstraliya Fransa ilə sualtı qayıqlarla bağlı müqaviləni ləğv edib, ABŞ və İngiltərə ilə saziş imzaladığı üçün Fransa ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.