Bakı 14˚C Cloudy

Makron Rusiyanı terrorun sponsoru kimi tanımadı

Gündəm 22:54 28 iyn, 2022

“Terrorun sponsoru kimi təsnifat məsələsinə gəlincə, məni düzgün başa düşün"

Makron Rusiyanı terrorun sponsoru kimi tanımadı

Fransa Prezidenti Emmanuel Makron Rusiyanı terrorun sponsoru kimi tanımaqdan imtina edib.

Qazet.az xəbər verir ki, bu barədə Fransa prezidenti G7 sammitinin yekunları üzrə mətbuat konfransında çıxışında deyib.

Makron belə bir metodologiyanın əleyhinə olduğunu və hər zaman belə məsələlərə hüquqi yanaşmanı rəhbər tutmağa çalışdığını vurğulayıb:

“Terrorun sponsoru kimi təsnifat məsələsinə gəlincə, məni düzgün başa düşün. Fransa belə bir metodologiyanı bölüşmür, çünki biz həmişə hüquqi yanaşmanı rəhbər tutmağa çalışırıq”.