Bakı 6˚C Dreary

Makron Ukraynanın atəşə tutulmasından sonra Zelenski ilə təcili danışdı

Gündəm 21:00 10 okt, 2022
Makron Ukraynanın atəşə tutulmasından sonra Zelenski ilə təcili danışdı

Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynanı atəşə tutmasından sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə təcili danışıb. Bu barədə Yelisey sarayının mətbuat xidməti məlumat yayıb.

Qazet.az xəbər verir ki, Makron zərbələr nəticəsində mülki şəxslərin xəsarət almasından hədsiz narahatlığını ifadə edib. “O, prezident Zelenski ilə birlikdə ölkəyə tam və qeyd-şərtsiz dəstəyini, eləcə də Fransanın Kiyevin ifadə etdiyi ehtiyaclara, o cümlədən hərbi texnika ilə bağlı tələblərə cavab olaraq Ukraynaya dəstəyi artırmaq öhdəliyini bir daha təsdiqləyib”, - mesajda deyilir.

Zelenskinin özü Twitter-də bildirib ki, o, Fransa prezidenti ilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, sərt Avropa və beynəlxalq reaksiyanın zəruriliyi və Rusiya Federasiyasına təzyiqin artırılması məsələlərini müzakirə edib.