Makron yaxın günlərdə Putinə zəng etməyi planlaşdırır
Siyasət
00:47 21 sen, 2022
Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.
Bu barədə qazet.az “TASS”a istinadən xəbər verir.
“Yaxın günlərdə cənab Putinlə, xüsusən də nüvə məsələsi ilə bağlı danışıqlar aparmağımız nəzərdə tutulur”, - Makron bildirib.
Fransa Prezidenti xatırladıb ki, o, artıq Putinlə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib və bu mövzu hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən danışıqlarda da qaldırılıb.
Onun sözlərinə görə, sentyabrın 21-i səhər o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi ilə görüşəcək, ondan sonra Rusiya Prezidenti ilə əlaqə saxlayacaq.