Bakı 6˚C Dreary

Makrona SƏRT SÖZLƏR: Bu xəstəliyin dərmanı susmaq, ya da...

Gündəm 16:12 07 noy, 2021

Əlcəzairə düşmənçilik edənlərə deyirik ki, ölkəmizdəki dəhşətli müstəmləkə keçmişinizdən qurtula bilmirsinizsə, bu xəstəliyin dərmanı üzr istəmək və ya heç olmasa susmaqdır

Makrona SƏRT SÖZLƏR: Bu xəstəliyin dərmanı susmaq, ya da...

“Emmanuel Makron öz siyasətinin uğursuzluğu ilə ölkəsinin tarixindəki pozğunluqları qarışdırır, o, artıq reallıqla illüziyanı, doğru ilə yanlışı, biliklə cəhaləti bir-birindən ayıra bilmir”.

Qazet.az publika.az-a istinadən xəbər verir ki, bu fikirlər “Əlcəzair Ordusu” jurnalında yer alıb.

Əlcəzair ordusunun rəsmi mətbu orqanında dərc olunan xəbərdə Fransa Prezidenti Emmanuel Makronun 1830-cu il işğalından əvvəl Əlcəzair millətinin olmadığına dair açıqlamalarına sərt reaksiya verilərək qeyd edilib ki, tarixi təhrif etməkdənsə, susmaq daha yaxşıdır: "Əlcəzairə düşmənçilik edənlərə deyirik ki, ölkəmizdəki dəhşətli müstəmləkə keçmişinizdən qurtula bilmirsinizsə, bu xəstəliyin dərmanı üzr istəmək və ya heç olmasa susmaqdır".

Fransanın Əlcəzair planlarının nəticə vermədiyi vurğulanan bəyanatda Milli Azadlıq Ordusunun fransız general və marşallarının təkəbbürünü tapdalayaraq ölkədən qovduğu vurğulanıb: “Niyə Makron faktları atlayıb, ölkəsinin Əlcəzairi müstəmləkə etməzdən əvvəl Əlcəzair xalqının olub-olmadığını sual etmək qədər irəli gedir? Makron ictimaiyyətə verdiyi vədləri yerinə yetirə bilmir və bu açıqlamalarla seçicilərin duyğularını ələ almağa çalışır”.

Qeyd edək ki, “Le Monde” nəşrinin 2 oktyabr tarixli xəbərinə görə, Emmanuel Makron Əlcəzairin tarixinin faktlara əsaslanmadığını və Fransaya düşmənçilik üzərində qurulduğunu iddia edərək bu ölkədəki Osmanlı hökmranlığını “müstəmləkəçilik” adlandırıb.