Makronun iqamətgahı üzərində PUA-lar peyda oldu
Gündəm
23:35 24 okt, 2021
Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.

Fransa Prezidenti Emmanuel Makronun Versaldakı Lantern iqamətgahı üzərində iki pilotsuz uçuş aparatı müşahidə olunub.
Qazet.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Bildirilib ki, hadisə dünən yerli vaxtla 22:00-da baş verib və həmin vaxt Makron iqamətgahda olub. Pilotsuz təyyarələr qonşu Şene şəhəri istiqamətində itib. Jandarm təyyarənin kimə məxsus olduğunu müəyyən edə bilməyib.