Bakı 13˚C Mostly cloudy

Makronun xüsusi nümayəndəsi və Paşinyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini müzakirə ediblər

Gündəm 21:15 10 okt, 2022
Makronun xüsusi nümayəndəsi və Paşinyan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransa Prezident Administrasiyasının müşaviri İzabel Dümon və Fransanın Cənubi Qafqaz üzrə xüsusi elçisi Bris Rokfi ilə görüşüb.

Qazet.az
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.

Xəbərdə deyilir ki, Praqada Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Aİ Şurası sədrinin iştirakı ilə keçirilən dördtərəfli görüşün yekunlarına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycanla sərhəddə mülki missiyanın təmin edilməsinin vacibliyi vurğulanıb.