Bakı 20˚C Mostly sunny

Maksim Qalkin xarici agent elan edildi

Xəbərlər 07:30 17 sen, 2022
Maksim Qalkin xarici agent elan edildi

Rusiya Ədliyyə Nazirliyi komediya aktyoru Maksim Qalkini “xarici agent” kimi siyahıya daxil edib. 

Qazet.az xəbər verir ki, aktyorun siyasi fəaliyyətlə məşğul olduğu və bunun üçün Ukraynadan pul aldığı iddia edilir.

Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ilə müharibəyə başladıqdan sonra Maksim Qalkin dəfələrlə Ukraynanın dinc şəhərlərinin məhz Kremlin göstərişi ilə bombalandığını bəyan etmişdi.

Qalkin həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birgə İsrailə getsə də, sonrada həyat yoldaşı və uşaqları Moskvaya qayıdıb.