Bakı 9˚C Windy

Nobel Mükafatı laureatı Məlalə Yusefzay evləndi - FOTO

Maraqlı 16:56 11 noy, 2021

Nobel Sülh Mükafatı laureatı Məlalə Yusefzay Birminhemdə toy edib

Nobel Mükafatı laureatı Məlalə Yusefzay evləndi - <span style="color:red">FOTO</span>

24 yaşlı hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Məlalə Yusefzay Birminhemdə toy edib.

Qazet.az xəbər verir ki, Yusefzay Pakistanın Kriket Şurasının baş meneceri Asser Malik ilə müsəlman adəti ilə evlənib.

Sosial şəbəkələrdə toy fotolarını paylaşan 24 yaşlı Nobel Sülh Mükafatı laureatı həyatında “qiymətli bir günü qeyd etdiyini” yazıb.

Cütlüyün 2019-cu ildən bəri görüşdüyü bildirilib.

Bir sıra məşhurlar cütlüyü xoş gün münasibəti ilə təbrik edib və bu barədə sosial şəbəkədə paylaşım ediblər. Onların sırasında Prianka Çopra da var. 

Qeyd edək ki, Məlalə 11-12 yaşlarında BBC Urdu üçün gizli ad altında öz həyatından bloq yazıb. Həmin dövrdə onun yaşadığı Svat əyaləti Talibanın işğalı altında olub. Bu ərazi Pakistan ordusunun nəzarəti altına keçdikdən sonra, jurnalist Adam B. Ellik "New York Times" üçün onun həyatından bəhs edən sənədli film hazırlayır. Qısa müddətdə o, tanınmağa başlayır, televizor kanallarına və nəşrlərə müsahibələr verir.

O, 9 oktyabr 2012-ci il tarixində Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfindən güllələnir. Uzunmüddətli müalicələrdən sonra ayağa qalxan Məlalə azyaşlıların, xüsusən qızların təhsil ala bilməsi üçün çalışmağa başlayır.

Qız 2014-cü ildə Nobel Sülh Mükafatına layiq görülür və 17 yaşında ən gənc laureat olur. BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə günü elan edir.