Malayziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb
Xəbərlər
09:23 25 dek, 2022
Malayziyada dekabrın 16-da baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Qazet.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət 11 uşağın ölməsinə səbəb olub.
Xatırladaq ki, torpaq sürüşməsi Malayziyanın Selanqor əyalətində yerləşən məşhur düşərgənin ərazisində meydana gəlib. Həmin vaxt orada 100-ə yaxın insan var idi.