Bakı -4˚C Rain and snow

Malidə Fransadan maliyyələşən QHT-lər qadağan edilib

Gündəm 04:45 22 noy, 2022
Malidə Fransadan maliyyələşən QHT-lər qadağan edilib

Mali hökuməti Fransadan maliyyələşən bütün QHT-lərin ölkə daxilində fəaliyyətini qadağan edib.

Qazet.az-ın xəbərinə görə, bu qayda istisnasız olaraq Fransanın maliyyələşdirdiyi və ya dəstək verdiyi bütün QHT-lərə şamil edilir.

Qərarı baş nazir, polkovnik Abdulaye Maiqa elan edib. Hökumət başçısı qeyd edib ki, bu, rəsmi Parisin Malinin inkişafı ilə bağlı yardımı dayandırmasına cavabdır.