Bakı 16˚C Windy

Malik 9 yaşlı qızını Qurbana 2 min dollara satdı - DƏHŞƏTLİ OLAY

Cəmiyyət 01:41 04 noy, 2021

 O, 2 min dollarla yanaşı, torpaq sahəsi və qoyun sürüsü əldə edib.

Malik 9 yaşlı qızını Qurbana 2 min dollara satdı - DƏHŞƏTLİ OLAY

Əfqanıstanda yaşayan Əbdül Malik adlı şəxs 9 yaşlı qızını 2 min dollara satıb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ə.Malik digər ailə üzvlərini qida ilə təmin etmək üçün belə addım atdığını bildirib.

Belə ki, Əfqanıstanda qaçqın düşərgəsində yaşayan ailə günlük 3 dollar müavinət alırmış. Lakin hakimiyyət dəyişikliyindən sonra ailəyə ödənilən müavinət kəsilib və ailə başçısı qızını satmaq qərarına gəlib.

Ə.Malik qızını 55 yaşlı Qurban adlı kişiyə satıb. O, 2 min dollarla yanaşı, torpaq sahəsi və qoyun sürüsü əldə edib.

“Ailədə 8 nəfərik. Ailəmin digər üzvlərini qorumaq üçün qızımı satmaq məcburiyyətində idim. Əgər maddi durum yaxşılaşmazsa, 2 yaşlı daha bir qızımı satmağa məcbur olacağam”, - deyə Malik bildirib.

Axar.az