Bakı -4˚C Rain and snow

Mamontlar geri dönür: Alimlərdən yeni sınaq

Maraqlı 12:48 17 sen, 2021

Mamontlar geri dönə bilər

Mamontlar geri dönür: <span style="color:red">Alimlərdən yeni sınaq</span>

Bu günədək kompyuter çipləri, dronlar haqqında çox startap eşitmisiniz. Lakin ABŞ-da Colossal adlı startap mamontları yenidən dünyaya qaytarmağı qarşısına məqsəd qoyub.

Qazet.az xəbər verir ki, bu startap 4000 il əvvəl nəsli tükənmiş nəhəng tüklü mamontları yenidən dirildəcək.

Bunun üçün elm adamları adi fil genomunu CRISPR/Cas9 texnologiyasının köməyi ilə dəyişəcəklər. Yəni mamontun genini Asiya filinin geninə əlavə edəcəklər. Alınan embrionlarI ya canlı filin bətninə, ya da süni bətnə yerləşdiriəcəklər. Alimlər bununla 100% mamontun alınacağını iddia edirlər.

İlk körpə mamontların 5 il sonra dünyaya gələcəyi və bunun üçün hazırda 15 milyon dollar investisiya yatırıldığı bildirilir. Şirkət, bu hibridləri "bütün bioloji göstəriciləri ilə tüklü mamont olan soyuğa davamlı fillər" olaraq adlandırır. Onları zooparkda saxlamayacaq, arktik bölgələrə göndərəcklər. Bunun real olub-olmayacağını isə biz 5 ildən sonra görəcəyik.