Manatın ucuzlaşması gözlənilir? - RƏSMİ
Biznes
14:38 08 dek, 2021
Azərbaycan Mərkəzi Bankının rəsmisi manatın uculaşmayacağını bildirib
“Türk lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri mümkün deyil”.
Qazet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədrinin I müavini Alim Quliyev deyib.
“Milli valyutanın məzənnəsinin 2022-ci ildə də sabit saxlanılması üçün bütün imkanlar var. Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”, - deyə o, əlavə edib.