Bakı 23˚C Windy

Manatla bağlı YENİ AÇIQLAMA: İlin ikinci yarısından... - VİDEO

Biznes 12:33 13 fev, 2022

İnflyasiyanın daxili amilləri də nəzarətdədir

Manatla bağlı YENİ AÇIQLAMA: İlin ikinci yarısından... - VİDEO

"İlin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru gedəcək. Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları belədir".

Qazet.az xəbər verir ki, bu sözləri Mərkəzi bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, inflyasiyanın daxili amilləri də nəzarətdədir: "Azərbaycan hökuməti Mərkəzi Bank və digər iqtisadi qurumlarla birlikdə dövlət başçısının tapşırığı ilə antiinflyasiya proqramı üzərində işləri yekunlaşdırır. Yaxın vaxtlarda Azərbaycan hökumətində, İqtisadi Şurada bu tədbirlər müzakirə olunub qəbul ediləcək".