"Mançester Siti"nin hücumçusu 3 ay oynamayacaq
İdman
17:34 15 okt, 2021
Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib
İngiltərənin "Mançester Siti" klubunun zədəli futbolçusu Ferran Torresin durumuna aydınlıq gəlib.
Qazet.az "şəhərlilər"in rəsmi tviter hesabına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola mətbuat konfransında məlumat verib.
50 yaşlı mütəxəssis ispaniyalı hücumçunun ayağı sındığı üçün 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
Baş məşqçi Aleksandr Zinçenko və İlkay Gündoğanın isə sağaldıqlarını söyləyib.
Qeyd edək ki, Ferran Torres Fransaya 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının final mərhələsinin həlledici görüşündə sıradan çıxıb.