MAQATE missiyası Zaporojye AES-ə bu tarixdə səfər edəcək
Xəbərlər
01:30 30 avq, 2022
![MAQATE missiyası Zaporojye AES-ə bu tarixdə səfər edəcək](https://qazet.az/resized/fit900x500/center/pages/99527/news-20220228101341.png)
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasında missiyaya başlayır.
Qazet.az xəbər verir ki, bu barədə məlumatı agentliyin baş direktoru Rafael Qrossi açıqlayıb.
Missiyaya 14 beynəlxalq ekspert daxil edilib. Bunlar isə Rafael Qrossi və neytral ölkələrdən 13 mütəxəssisdir.
Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, MAQATE ekspertlər qrupu avqustun 29-da Kiyevə gedəcək.
Xatırladaq ki, Rusiya ordusu mart ayında Zaporojye AES-ə nəzarəti ələ keçirib. Stansiya bir neçə dəfə atəşə məruz qalıb.