Maqnit qasırğası olacaq
Gündəm
10:43 10 yan, 2023
Bu, yanvar ayında artıq ikinci maqnit qasırğası başlayacaq.
Qazet.az xəbər verir ki, o, Yer kürəsini əhatə edəcək və dörd gün - yanvarın 13-dək davam edəcək.
Maqnit qasırğaları planetimizin geomaqnit sahəsindəki pozuntulardır. Onlar Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları nəticəsində yaranır.
Bu fırtına zəif olsa da, meteohəssas insanlar onun mənfi təsirini hiss edə bilirlər.
Yanvarın 4-dəki ilk maqnit qasırğası zəif olmuş, G1 kateqoriyasına aid edilmişdi.