Bakı 26˚C Windy

Maqnus Karlsen dünya çempionluğu uğrunda görüşlərdən imtina edir

İdman 22:16 14 dek, 2021

Qeyd edək ki, Maqnus Karlsen beşqat dünya çempionudur. 

Maqnus Karlsen dünya çempionluğu uğrunda görüşlərdən imtina edir

Hazırkı dünya çempionu Maqnus Karlsen şahmat tacı uğrunda görüşlərdən imtina etməyə hazırlaşır.

Qazet.az-ın məlumatına görə, bu barədə 31 yaşlı norveçli qrossmeysterin özü "VG Sporten" nəşrinə açıqlama verib.

Onun sözlərinə görə, titulunu qorumaq üçün heç bir motivasiyası yoxdur: "Növbəti dəfə dünya çempionluğu uğrunda oynamağımı gözləyənlərin məyus olma şansı var. Qarşıdakı İddiaçılar Turnirini Alireza Firuzcadan başqası qazanarsa, çətin ki, şahmat tacı uğrunda görüşlər keçirim. Yalnız ona qarşı matç məni motivasiya edə bilər".

Qeyd edək ki, Maqnus Karlsen beşqat dünya çempionudur. O, son olaraq rusiyalı Yan Nepomnyaşiyə qalib gələrək dünya şahmat tacına sahib çıxıb.

report