Maradonanı müalicə etmiş həkimlər məhkəməyə çıxarılacaqlar
İdman
16:24 23 iyn, 2022
Maradona 2020-ci ildə ürəktutmasından vəfat etmişdi

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı səkkiz nəfər həkim məhkəmə qarşısına çıxarılacaq.
Qazet.az xəbər verir ki, Argentinanın San-İsidro şəhər məhkəməsi tibb işçilərinə qarşı iddianın başlandığını təsdiqləyib.
Qeyd olunur ki, məhkəməyə sədrlik edən hakim həkimlərin hər birini ölümə səbəb olan qeyri-peşəkar davranışa görə sorğu-sual edib.
Qeyd edək ki, D.A.Maradona 2020-ci il noyabrın 26-sı 60 yaşında ürəktutmasından vəfat edib.