Bakı 26˚C Intermittent clouds

Maral Nacaryan Ermənistanın yanlış məlumatının toruna düşdüyündən danışdı

Gündəm 18:10 20 sen, 2021

Əsirlikdən azadlığa buraxılan Nacaryan necə tutulduğundan danışıb

Maral Nacaryan Ermənistanın yanlış məlumatının toruna düşdüyündən danışdı

Şuşada əsir götürülən Maral Nacaryan müharibə zamanı Ermənistan ordusunun yanlış məlumatlar verdiyini və buna görə əsir götürüldüyünü bildirib.

Qazet.az xəbər verir ki, Azadlıq radiosuna danışan Nacaryan Nacaryan bu dəfə daha əmin şəkildə Ermənistana gəldiyini və orada çalışacağını deyib:

“Saç və dırnaq ustasıyam, öz peşəm üzrə çalışacağam. Livanda 6 ay psixoloq müalicəsi almışam. Mən Şuşada əsir düşmüşdüm. O vaxt yanlış məlumatlar verirdilər. Bir gün deyirdilər bu bölgə tutulub, sabah isə təkzib edirdilər. Biz də bölgədə ümumi vəziyyət barədə məlumatsız halda Şuşaya əşyalarımızı götürmək üçün gedəndə əsir düşmüşdük. Əvvəl elə bildim pasportlarımızı yoxlayıb buraxacaqlar. Ancaq, mənimlə birgə orada olan Vigenin döyüşməyə gəldiklərini bildikdən sonra Azərbaycan hərbçiləri bizi girov götürdülər”.

Xatırladaq ki, Maral Nacaryan Azərbaycan tərəfinin nümayiş etdirdiyi humanizm nəticəsində bu ilin 10 mart tarixində azad edilmişdi.