Bakı 2˚C Mostly cloudy

Mark Zuckerberg "Meta"dan ayrılır?

Gündəm 07:54 24 noy, 2022
Mark Zuckerberg "Meta"dan ayrılır?

Gələn il Mark Zuckerberg Meta şirkətinin CEO vəzifəsindən ayrılacağı barədə məlumatlar yayılıb.

Qazet.az xəbər verir ki, məlumatda qeyd edilib ki, bu cür qərar əsaslandırılmış qərardır. Belə ki, şirkət öz metakainat layihəsinə milyardlarla dollar vəsait xərcləyir və sosial şəbəkələr bazarında ciddi durğunluğa sahibdir.

İnvestorlar isə şirkətin bu yeni inkişaf istiqamətindən narazıdırlar. Nəticədə bu il Meta səhmlərinin dəyəri ümumilikdə 70% aşağı düşüb. Bununla belə The Leak saytı qeyd edib ki, Mark Zuckerbergin şirkətdən ayrılması metakainat layihəsində ciddi bir dəyişikliyə gətirib çıxartmayacaq.

Zuckerbergin şirkətdən ayrılması xəbərini investorlar müsbət qarşılayıblar. Belə ki, şirkət səhmlərinin dəyəri qısa müddət aralığı üçün 1% yüksəldi. Lakin Meta-nın təmsilçisi olan Andy Stone Zuckerbergin gələn il Meta-nın CEO vəzifəsindən ayrılacağına dair yayılmış məlumatları təkzib edib. O sadəcə olaraq öz Twitter hesabında bu məsələ ilə bağlı “Bu doğru deyil” paylaşımını edib. Qeyd etmək lazımdır ki, şirkətin vəziyyəti heç də yaxşı deyil (technote.az). Bir neçə müddət bundan öncə Zuckerberg şirkətin 11 000 nəfər işçisinin işdən azad ediləcəyini elan etmişd