Bakı 25˚C Mostly sunny

Marqvelaşvilinin görüşmək istəyinə Saakaşvilidən cavab

Gündəm 23:33 20 dek, 2021

Mən həmçinin Vahid Milli Hərəkat liderləri ilə prezident Zurabişvili arasında dialoqun başlamasını da alqışlayıram"

Marqvelaşvilinin görüşmək istəyinə Saakaşvilidən cavab

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili, dördüncü prezident Georgi Marqvelaşvili ilə görüşməyə hazır olduğunu bildirib.

Qazet.az xəbər verir ki, bu barədə M.Saakaşvili Qori Hərbi Xəstəxanasından ünvanladığı növbəti məktubunda bildirib.

“Georgi Marqvelaşvilinin tutduğu fəal mövqeyə görə minnətdaram və böhrandan çıxmaq yolları və ölkəmizin gələcəyi barədə danışmaq üçün istənilən vaxt onunla görüşməyə hazıram. Mən hökuməti Gürcüstanın dördüncü prezidentinə maneə yaratmamağa çağırıram. Mən həmçinin Vahid Milli Hərəkat liderləri ilə prezident Zurabişvili arasında dialoqun başlamasını da alqışlayıram", - deyə Mixail Saakaşvili qeyd edib.