Bakı 25˚C Partly sunny

Marqvelaşvilinin Saakaşvili ilə görüşünə icazə verildi

Gündəm 04:13 23 dek, 2021

Xatırladaq ki, Georgi Marqvelaşvili Prezident Salome Zurabişvili ilə görüşündən sonra Mixail Saakaşvili ilə görüşmək istədiyini bildirmişdi.

Marqvelaşvilinin Saakaşvili ilə görüşünə icazə verildi

Keçmiş prezident Georgi Marqvelaşvilinin həbsdə olan Mixail Saakaşvili ilə görüşməsinə icazə verilib.

QAZET.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Penitensiar Xidmət məlumat yayıb.

Məlumata əsasən, Georgi Marqvelaşvili Mixail Saakaşvili ilə görüşmək üçün 20 dekabrda rəsmi müraciət ünvanlayıb, Xüsusi Penitensiar Xidmət isə vəsatəti bu gün təmin edib.

Penitensiar Xidmət Saakaşvilinin sağlamlıq vəziyyətinin görüşə imkan verdiyini bildirir.

Xatırladaq ki, Georgi Marqvelaşvili Prezident Salome Zurabişvili ilə görüşündən sonra Mixail Saakaşvili ilə görüşmək istədiyini bildirmişdi.