Bakı 3˚C Mostly cloudy

Marsda qədim okeanın izləri tapılıb

Maraqlı 16:14 30 okt, 2022
Marsda qədim okeanın izləri tapılıb

Pensilvaniya Universitetinin alimləri Marsda qədim şimal okeanının izlərini qeydə alıblar.

Qazet.az xəbər verir ki, araşdırmaşin nəticələri “Journal of Geophysical Research: Planets” jurnalında təsvir edilib.

Qədim okeanın konturları planetin yeni topoqrafik xəritələri sayəsində aşkar edilib.

Müşahidələr göstərir ki, onun yaşı təxminən 3,5 milyard ildir.

2022-ci ilin oktyabrında Şimal-Qərb Universitetinin amerikalı mütəxəssisləri sübut ediblər ki, Marsda mikroorqanizmlər planetin səthi yaxınlığında əvvəllər düşünüldüyündən çox daha uzun müddət yaşaya bilər.