Marsda yeni həyat izləri aşkar olunub
Maraqlı
12:28 02 noy, 2021
Alimlər bu maddələrin mənşəyini hələ ki, aydınlaşdıra bilməyiblər
Marsda yeni həyat izləri tapılıb.
Qazet.az xəbər verir ki, tapıntılar “Curiosity” roveri tərəfindən “qırmızı planet”dəki Baqnold təpəlikləri adlanan ərazidə aşkar olunub.
Roverin adıçəkilən bölgədən topladığı torpaq nümunələrində üzvi birləşmələrin olduğu müəyyənləşdirilib. Alimlər bu maddələrin mənşəyini hələ ki, aydınlaşdıra bilməyiblər.
Qeyd edək ki, rover tərəfindən ilk analoji tapıntı üç il öncə Qeyl kraterinin mərkəzi hissəsində tapılıb.