Bakı 8˚C Mostly cloudy

Masallıda arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin məhkəməsi başlayır

Hadisə 12:41 01 dek, 2021

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib

Masallıda arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin məhkəməsi başlayır

Masallı rayonunda qətl törətməkdə təqsirləndirilən Eşqin Əbilzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qazet.az report-a istinadən xəbər verir ki, iş rayon prokurorluğunda yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, 30 aprel 2021-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində bıçaqlanma hadisəsi baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Əbilzadə Eşqin Qədir oğlu münaqişə zəminində əvvəl həyat yoldaşını - 1995-ci il təvəllüdlü Əbilzadə Nərmin Şair qızını, sonra isə özünü bıçaqlayıb.