Bakı 22˚C Mostly cloudy

Masallıda avtomobil 14 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Hadisə 10:49 22 may, 2022

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib

Masallıda avtomobil 14 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Masallıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. 2008-ci il təvəllüdlü Ağayev Arif Elman oğlu velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona müştərək və açıq-kəllə beyin travması diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.