Bakı 9˚C Windy

Masallıda yanğın olub, xəsarət alan var

Hadisə 20:02 03 yan, 2023
Masallıda yanğın olub, xəsarət alan var

Masallıda xəsarətlə nəticələnən yanğın olub.

Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Rayonun Qəriblər kəndində ümumi sahəsi 288 m² (hər mərtəbəsi 144 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.