Bakı 21˚C Windy

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Qiymətlər ... / VİDEO

Biznes 00:41 09 yan, 2022

Ekspertin fikrincə, qiymət dəyişikliyi köhnə hybrid avtomobilləri və digər nəqliyyat vasitələrində gözlənilmir

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR - Qiymətlər ... / VİDEO

Yeni ildə müəyyən qərarların qəbul olunmasına artıq başlanılıb. Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən hybrid avtomobilləri dəyər vergisindən azad edilib. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Bu bazaar nə qədər təsir edəcək? Bu haqda ekspertlər müxbirimizə danışıb.

Bir sıra avtomobillər vergidən azad edilir. Beləki, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillərin, eləcədə, həmin nəqliyyat vasitələrinin enerji doldurucularının idxalının 3 il müddətinə Əlavə Dəyər Vergisindən azad edilməsi nəzərdə tutulur. Güzəştlər istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hybrid avtomobillərə də şamil olunacaq.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, dəyişikliklər belə nəqliyyat vasitələrinin ölkəyə idxalını artıracaq. Bu, eyni zamanda onların qiymətlərinə də təsirsiz ötüşməyəcək. Ekspertin fikrincə, qiymət dəyişikliyi köhnə hybrid avtomobilləri və digər nəqliyyat vasitələrində gözlənilmir.

Ekspert deyir ki, belə nəqliyyat vasitələrinə marağın artması ekoloji baxımdan əlverişli sayılsa da, yollarda sıxlığa səbəb ola bilər. Odur ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır.

İqtisadçı ekspert Elşad Məmmədovun fikrincə isə sözügedən dəyişikliklər bazarda digər avtomobillərin sıxışdırılmasına səbəb olacaq.

Qeyd edək ki, Ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə güzəştlərin tətbiqinə bu ilin yanvarın 1-dən başlanıb.