Bakı 28˚C Intermittent clouds

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər BAHALAŞIR /VİDEO

Cəmiyyət 09:06 08 avq, 2022

Kifayət qədər adam gəlir, maraqlanır gedir

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər BAHALAŞIR /VİDEO

Bir vaxtlar həm avtomobil, həm də alıcı ilə qaynayan bazarda indi sakitlik hökm sürür. Satıcılar deyir ki son aylar bazarda demək olar ki alıcı yoxdur. Kifayət qədər adam gəlir, maraqlanır gedir. Amma maraqlananlar maşın almadan bazardan çıxırsa onları alıcı adlandırmaq olmaz.

Qazet.az xəbər verir ki, satıcılar benzinlə işləyən avtomobilləriin qiymətinə nisbətən dizel yanacağı ilə işləyən avtomobillərin qiymətinin artdığını da deyirlər.

Satıcılar bildirdilər ki, Aİ-95 markalı benzin bahalaşdıqdan sonra hibrid və dizel mühərrikli avtomobillərin satışında canlanma müşahidə olunur. Böyük həcmli mühərriki olan avtomobillərin isə qiyməti çox, alıcısı isə azdır.