Maşın qaçırmaqda şübhəli bilinən keçmiş məhkum saxlanılıb
Gündəm
15:18 17 noy, 2021
Nizami RPİ tərəfindən araşdırma aparılır

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə noyabrın 16-da rayon ərazisindən Bakı şəhər sakini A.Həsənova məxsus “KİA” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Qazet.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün yol kənarında dayanmış 2 avtomobilə dəymiş vəziyyətdə tapılıb.
Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş İ.Həsənov müəyyən edilərək saxlanılıb.
Nizami RPİ tərəfindən araşdırma aparılır.