Bakı -11˚C Rain and snow

Maşın restorana çırpıldı

Gündəm 13:30 03 yan, 2023
Maşın restorana çırpıldı

ABŞ-də Nyu-Yorkun İnvud rayonunda avtomobilin restorana çırpılması nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qazet.az xəbər verir ki, qəza yerli vaxtla saat 21:00 radələrində baş verib. İlkin versiyaya görə, hadisə “Audi” markalı avtomobilin “Toyota RAV-4” avtomobili ilə toqquşmasından sonra baş verib. “Toyota RAV-4” zərbədən səkiyə çıxıb və “Inwood Bar and Grill” restoranına çırpılıb.

“Audi”nin sürücüsü hadisə yerindən qaçıb.

Bütün zərərçəkənlərin Nyu-Yorkdakı tibb müəssisələrinə aparıldığı qeyd edilir. Onların həyatı təhlükədə deyil.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.