Mask onu tənqid edən jurnalistləri belə cəzalandırdı
Milyarder Elon Mask yeni addımı ilə gündəmə gəlib.
Qazet.az xəbər verir ki, "Tviter" sosial şəbəkəsinin rəhbəri onu tənqid edən Amerikanın aparıcı mediasından bir neçə jurnalistin hesabını bloklayıb.
Sosial şəbəkənin rəhbərliyi CNN teleşirkətinin, “The New York Times”, “The Washigton Post” qəzetlərinin, “The Intercept” və “Mashable” portallarının müxbirlərinin, həmçinin bir neçə müstəqil jurnalistin hesabının fəaliyyətini dayandırıb.
Hesabı bloklanan jurnalistlər “The New York Times”-dən Rayan Mak, CNN-dən Doni Osulivan,“The Washigton Post”-dan Dru Harvell, “The Intercept”-dən Mişa Li və “Mashable”-dən Met Binder, Aron Rupar, Toni Vebsterdir.
Maskın şərhinə görə, hesabları bloklanmış jurnalistlər onun yerini real vaxt rejimində yerləşdirməklə əslində sui-qəsdin koordinatlarını veriblər ki, bu da sosial şəbəkə qaydalarının aşkar pozulmasıdır.
Same doxxing rules apply to “journalists” as to everyone else
— Elon Musk (@elonmusk) December 16, 2022
Şəxsi məlumatların mənfi məqsədlə internet üzərindən yayılması ilə bağlı hamıya tətbiq edilən qaydalar jurnalistlərə də eynən tətbiq olunur.
I hope that even my worst critics remain on Twitter, because that is what free speech means
— Elon Musk (@elonmusk) April 25, 2022