Mask sorğu keçirir: Getsin ya qalsın?
Multimedia
15:35 19 dek, 2022
"Twitter" sosial şəbəkə platformasının sahibi Elon Mask istifadəçilərindən onun baş icraçı direktoru kimi gələcəyinə səs vermələri üçün sorğuya başlayıb.
Qazet.az xəbər verir ki, 122 milyon izləyicisi arasında keçirilən sorğuda o, "Tvitter" hesabında belə yazıb: "Tvitter"dən getməliyəmmi... Nəticələrə əməl edəcəm".
"Tesla" və "Space X"i də idarə edən milyarder "Twitter"i ələ keçirdikdən sonra çoxlu tənqidlərlə üzləşib.
Onun sorğusunda 16 milyondan çox insan səs verib və təxminən 58% istifadəçi Maskın istefaya getməsinə "hə" deyib.
Should I step down as head of Twitter? I will abide by the results of this poll.
— Elon Musk (@elonmusk) December 18, 2022