Bakı 16˚C Partly sunny

Mask “Tviter”i qəzaya uğrayan təyyarəyə bənzətdi

Maraqlı 22:14 21 dek, 2022
Mask “Tviter”i qəzaya uğrayan təyyarəyə bənzətdi

İş adamı İlon Mask sahibi olduğu “Tviter” kompaniyasını qəzaya uğrayan təyyarəyə bənzədib.

Qazet.az xəbər verir ki, milyarder bu barədə sosial şəbəkənin audio zalında bildirib.

“Əgər siz mən tərəfdən baxsanız, baş verənlər mühərrikləri yanan, panel cihazı işləməyən və yüksək sürətlə yerə çırpılan təyyarəni xatırladacaq”, - milyarder deyib.

O, eyni zamanda qeyd edib ki, kompaniyada xərcləri azaltmaq üçün həyata keçirilən siyasət 2023-cü ili itkisiz başa vurmağa imkan verəcək.

Xatırladaq ki, oktyabrın 27-də İlon Mask “Tviter”i satın aldığına dair müqavilə bağlayıb.