Mask "Tvitter" istifadəçilərindən pul alacaq
Multimedia
17:35 31 okt, 2022
Elon Mask "Tvitter" istifadəçiləri üçün yeni tələb irəli sürüb.
Qazet.az xəbər verir ki, milyarder sahibkar "Twitter"in hazırda yeni "Twitter Blue" (hesabın rəsmiləşdirilməsi) abunəsi üçün 19,99 dollar ödəməyi planlaşdırır.
Cari plana əsasən, təsdiqlənmiş istifadəçilərin abunə olmaq və ya mavi işarəsini itirmək üçün 90 günü olacaq.
Layihə üzərində işləyən işçilərə Mask funksiyanı işə salmaq üçün 7 noyabr tarixinə qədər vaxt qoyub, əks halda onlar işdən çıxarılacaqlar.
Mask öz açıqlamasında deyib: "Bütün yoxlama prosesi hazırda yenilənir."
Qeyd edək ki, əvvəlcə bu qiymətin aylıq 4.99 dollar olduğu açıqlansa da, "The Verge" platforması bazar günü bu qiymətin 19.99 dollara qalxdığını açıqladı.