Bakı 14˚C Cloudy

May ayında “qeyri-standart” hava: Azərbaycanda 10 santimetrdən çox qar yağıb

Cəmiyyət 12:46 21 may, 2022

Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb

May ayında “qeyri-standart” hava: Azərbaycanda 10 santimetrdən çox qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba rayonunun Xınalıq kəndinə qar yağıb.

Kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, yaşayış məntəqəsində qarın hündürlüyü 10 santimetrdən çoxdur.

Qarın yağması ilə dağlıq ərazilərdə temperatur aşağı düşüb.

Qubanın digər ucqar dağ kəndlərinə də qar yağdığı bildirilir.