Bakı 19˚C Mostly sunny

Maykl Cordanın bir cüt ayaqqabısı milyon dollara satıldı

Maraqlı 13:36 25 okt, 2021

Dünyaca məşhur basketbolçunun ayaqqabısı hərracda rekord qiymətə satılıb

Maykl Cordanın bir cüt ayaqqabısı milyon dollara satıldı

"Sotheby's" auksionunda dünya şöhrətli basketbolçu Maykl Cordanın 1984-cü ildə NBA-da debüt mövsümündə çıxış etdiyi bir cüt idman ayaqqabısı 1,472 mln. ABŞ dollarına satılıb.

Qazet.az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin "Twitter" səhifəsində deyilir.

Qeyd edək ki, "Nike" şirkəti bu ayaqqabıları xüsusi olaraq basketbolçu üçün hazırlayıb. Bu, indiyə qədər hərracda satılan ən bahalı idman ayaqqabısıdır.

Lot 1-1,5 mln. dollar civarında qiymətləndirilib. Sözügedən krossovkalara eyni zamanda kolleksiya kartları toplayan Nik Fiorella sahib çıxıb.

Xatırladaq ki, cari ilin may ayında Maykl Cordanın maykası "Heritage" auksionunda 1,38 mln. dollara satılıb. Bu, idmançının forması üçün rekord məbləğ hesab edilir.

Maykl Cordan ikiqat Olimpiya çempionu (1984, 1992) və "Çikaqo" klubu ilə altıqat NBA çempionudur. O, beş dəfə NBA-nın ən yaxşı oyunçusu adına layiq görülüb. 2003-cü ildə idmançı karyerasını başa vurub.

Mənbə