Bakı 15˚C Sunny

Mbappe karyerası ilə bağlı yekun qərarını verib

İdman 04:16 15 okt, 2021

İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. 

Mbappe karyerası ilə bağlı yekun qərarını verib

Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ ilə müqaviləsinin müddətini uzatmayacaq.

Qazet.az AS nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu cari mövsümün sonunda Paris klubunu İspaniya "Real Madrid"inə dəyişmək niyyətindədir.

İddiaya görə, gənc forvard sözləşməni yeniləməməklə bağlı prinsipial qərar qəbul edib. O, klubun təklif edəcəyi maaşdan asılı olmayaraq, PSJ-dən ayrılacaq.

Qeyd edək ki, Kilian Mbappenin paytaxt təmsilçisi ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatacaq. "Real Madrid" futbolçuya 6 illik müqavilə və 40 milyon avro məvacib təklif edib.