“McDonald’s” “Big Mac” ətirli duş geli hazırladı
Avstriadakı yerli “McDonald’s” menyunun ən məşhur yeməklərindən olan "Big Mac" qoxusu verən duş geli hazırlayıblar. Duş gelini qiymətləndirə bilən nəşrin redaktorları aydınlaşdırıblar ki, gelin ətri daha çox xiyar qoxusuna bənzəyir.
Qazet.az xəbər verir ki, bu barədə "TechnikNews" məlumat yayıb. Siz adi qaydada bu duş gelini mağazalardan ala bilməzsiniz, ancaq onu McDonald's-da alış-veriş zamanı əldə edə bilərsiniz. Belə ki, qeyri -adi bu duş gelini toplanan xallara görə əldə etmək mümkündür. Hər sifariş üçün “McDonald’s” tətbiqinə xal əlavə olunur. Məsələn, 20 ədəd toyuq tikələri alarkən 8 xal, “Sezar” salatı üçün isə 5 xal əldə etmək mümkündür. Duş geli almaq üçün isə 15 xal toplamaq lazımdır.
Qeyd edək ki, ətirli "Big Mac" duş geli yalnız Avstriyada satılır.
qaynaq