MEDİA ATƏT-in konfransında təmsil olunur
Medianın İnkişafı Agentliyi ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun konfransında təmsil olunur.
Agentlikdən Qazet.az-a bildiriblər ki, Polşada keçirilən ənənəvi toplantıda Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və strateji planlaşdırma işçi qrupunun rəhbəri Rasim Bağırov iştirak edir.
Konfransda çıxış edən R.Bağırov bildirib ki, informasiya texnologiyaları və qlobal kommunikasiyanın davamlı inkişaf etdiyi bir dövrdə medianın rolu və əhəmiyyəti daha da artır. Belə ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi medianın inkişafına dəstək göstərmək, institusional quruculuq işlərini davam etdirmək, eyni zamanda, bu sahədə kommunikasiya texnologiyaları və innovasiyaların tətbiqini təşviq etmək istiqamətində fəaliyyət göstərir.
Vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində jurnalistlərin azadlığı qorunur, eləcə də onların öz peşə və vəzifələrini yerinə yetirməsi zamanı şərəf və ləyaqəti müdafiə olunur.