“Media haqqında” yeni qanun layihəsi parlamentə daxil olub
Siyasət
14:12 09 dek, 2021
Bunu MEDİA İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib

“Media haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub”.
Qazet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, layihənin ilkin variantı sabah - dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.