MEDİA həyatə keçirdiyi tədbirləri AÇIQLADI
Medianın İnkişafı Agentliyi jurnalistlərin peşəkarlığının artırılması istiqamətində gördüyü tədbirləri açıqlayıb.
Qazet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfranasında bu qurumun İcraçı direktoru Əhməd İsmayılov bildirib.
O qeyd edib ki, peşəkar jurnalistika üzrə 400 nəfərin, sahəvi jurnalistika üzrə 400 nəfərin, həmçinin dövlət qurumlarının mətbuat xidmətləri üçün 60 nəfərin iştirakı ilə təlimlər keçirilib.
“Onlayn təlim platformasında daha geniş auditoriya və çoxşaxəli mövzularda təlimlər keçirilib. “Eduaz.com” platformasının proqram təminatı hazırlanıb. Anadolu Agentliyi tərəfindən təlimlərin video kontentinin hazırlanması prosesi yekunlaşmaq üzrədir”, - deyə İcraçı direktor Əhməd İsmayılov bildirib.