Mediada fiziki məhdudiyyətli şəxslər necə adlandırılmalıdır- RƏY/VİDEO
Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi geyim dizayn edən və onlarla mütəmadi ünsiyyətdə olan gənc sahibkar Məhəmməd Kekalov
Fiziki məhdudiyyətli şəxslər özəl yanaşma tələb edən fərdlərdir. Onlara maddi-mənəvi dəstəkdən əlavə, mental tarazlıqlarını təmini edəcək şərait də çox vacibdir. Bu aspektdən medianın üzərinə böyük bir funksiya düşür. Bu insanlara doğru yanaşmanı formalaşdırmaq və ümumi ictimai əxlaqın konturlarını cizmək.
Medianın bu missiyasının əsas tərəflərindən biri də fiziki məhdudiyyətli şəxslərin necə adlandırılmasını müəyyən etməkdir. Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi geyim dizayn edən və onlarla mütəmadi ünsiyyətdə olan gənc sahibkar Məhəmməd Kekalovun isə problemə xüsusi yanaşması var. Onunla videomüsahibəni oxucuların diqqətinə təqdim edirik: