Bakı 16˚C Sunny

Meqan Foks 2021 MTV Video Musiqi Mükafatında cəsarətli  görünüşdə - Foto

Maraqlı 13:17 13 sen, 2021

Ötən gecə ABŞ-ın Nyu-York şəhərində nüfuzlu MTV Video Musiqi Mükafatı baş tutub.

Meqan Foks 2021 MTV Video Musiqi Mükafatında cəsarətli  görünüşdə - Foto

Qazet.az xəbər verir ki, keçən il pandemiya səbəbindən əyləncəsiz keçirilən mərasim bu dəfə köhnə parlaq günlərinə qayıdıb.

Gecənin qırmızı xalçası isə maskaradı xatırladıb. Belə ki, məşhurlar bu il ənənəvi olaraq fərqli geyimlərlə tədbirə qatılıblar.

Mərasimin ən çox danışılan şəxsləri Maşin Qan Kelli (Machine Gun Kelly) və Trevis Barker olub. Kelli gecəyə sevgilisi Meqan Foks ilə qatılıb. Cütlük qırmızı xalçadakı səmimi pozları ilə diqqət çəkib.

 

 

Bundan əlavə, mükafat tədbirində Cennifer Lopez, Peris Hilton, Rita Ora, Ed Şeran və başqaları yer alıb.