Bakı 23˚C Intermittent clouds

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi təltif edildi

Gündəm 18:28 17 dek, 2021

Bu barədə Prezident İlham Əliyev Sərəncam verib

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Qazet.az xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Rəsulov Rəis Azər oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Rəsulov Rəis Azər oğlu görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir.