Məhəmməd Salah ilin futbolçusu seçildi
Gündəm
12:14 30 noy, 2021
Salah karyerasında ikinci dəfə bu mükafatı qazanıb

“Liverpul”un futbolçusu Məhəmməd Salah ilin oyunçusu seçilib.
Qazet.az-ın məlumatına görə, misirli hücumçu İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyasının keçirdiyi səsvermənin qalibi olub.
Salah karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2018-ci də ən yaxşısı seçilib.
Məhəmməd səsvermədə “Çelsi”nin futbolçusu Meyson Maunt, “Vest Hemlə Mikael Antonio, “Mançester Siti”dən Fil Foden və Ruben Diaş, “Lester”dən Yuri Tilemansı qabaqlayıb.