Bakı 24˚C Partly sunny

Məhkəmə Tonoyanı həbsdə saxladı

Gündəm 00:32 25 dek, 2021

"Hakim Tiqran Simonyanın sədrliyi ilə Apellyasiya Məhkəməsi Tonoyanın həbsinin iki ay müddətinə uzadılması qərarından şikayətimizi rədd etdi"

Məhkəmə Tonoyanı həbsdə saxladı

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

“Qazet.az” “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə nazirin vəkili Sergey Hovannisyan məlumat verib.

"Hakim Tiqran Simonyanın sədrliyi ilə Apellyasiya Məhkəməsi Tonoyanın həbsinin iki ay müddətinə uzadılması qərarından şikayətimizi rədd etdi", - Hovhannisyan bildirib.

Qeyd edək ki, eks-nazir sentyabrda həbs olunub. İstintaq təcridxanasında, həmçinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Stepan Qalstyan, aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan və iş adamı və silah alverçisi David Qalstyan da var. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.