Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin sığortası ilə dəyişiklik layihəsi I oxunuşdan keçib
Cəmiyyət
18:36 17 noy, 2021
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari sığortası haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Qazet.az-ın xəbərinə görə, dəyişikliklə məhkəmə və hüquq-mühafizə orqanlarının işçiləri 5 illik əmək haqları məbləğində sığorta ediləcək.
Dəyişikliklə məhkəmə və hüquq-mühafizə orqanlarının işçiləri 5 illik əmək haqları məbləğində sığorta ediləcək.
Sığorta haqqı isə qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.